Modern.az

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu - FOTOLAR

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu - FOTOLAR

Aktual

17 Noyabr 2023, 16:16

“Səyyar qəbul otağı”nın bu həftəlik sonuncu ünvanı Ağdaş rayonu olub.

 

Modern.az xəbər verir ki, mikrofon önünə cəmi 3 sakin çıxsa da, müraciətlər 20-yə yaxın vətəndaşın adından ünvanlanıb. Qaradağlı kəndindən qatılan  İsmayıl Məmmədov yeni qazlaşdırılan küçə xəttinə təbii qazın verilməsini xahiş edib. Digər 2 nəfər isə Yeniarx kəndinin qaz təchizatı ilə bağlı üzləşdiyi problem və təklifləri səsləndirib.

 

Pərviz Rzayev adıçəkilən kənddə 14 ailənin yaşadığı küçəyə qaz xəttinin çəkilməsini, Nəriman Əhmədov isə qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

 

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu - FOTOLAR

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu - FOTOLAR

“Açıq mikrofon”un həftəlik işinə Ağdaşda yekun vuruldu - FOTOLAR

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama