Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olacaq.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.
“Ermənistan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu ölkə olacaq”, - deyə qeyd edilib.
Bundan əlavə, BCM Ermənistan tərəfinin İrəvanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geriyə qüvvədə qəbul etdiyini təsdiq edən sənədləri təhvil verdiyini bildirib.