Modern.az

Erməni deputatlar Köçəryanın yanına getdilər

Erməni deputatlar Köçəryanın yanına getdilər

Aktual

18 Noyabr 2023, 12:31

Ermənistan parlamentinin müxalif “Hayastan” blokunun deputatları eks-prezident Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçiriblər.


Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

İclasda “Hyastan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub.

Məlumatı “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan da təsdiqləyib.

“Bəli, “Hayastan” fraksiyasının deputatları “Hayastan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”.

Xatırladaq ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da parlamentin deputatı mandatını alıb və artıq noyabrın 14-də and içərək səlahiyyətlərini rəsmən qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...