Modern.az

Ceyhun Bayramov iranlı həmkarı ilə müzakirələr APARDI 

Ceyhun Bayramov iranlı həmkarı ilə müzakirələr APARDI 

Aktual

18 Noyabr 2023, 19:07

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Telefon danışığı zamanı eyni bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazirlər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək regional və beynəlxalq arenada əməkdaşlığın artırılması və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama