Modern.az

Salyanda ağır qəza - 9 nəfər YARALANDI

Salyanda ağır qəza - 9 nəfər YARALANDI

18 Noyabr 2023, 19:44

Salyanda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.

 

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza