Modern.az

Maşın tanınmaz hala düşdü - FOTO

Maşın tanınmaz hala düşdü - FOTO

Hadisə

18 Noyabr 2023, 22:54

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, “Opel” markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza vaxtı avtomobildə biri azyaşlı olmaqla, 3 nəfər olub.

 

Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisə ilə əlaqədar Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu qısa müddətə bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi