Azərbaycanda hazırda vəzifədə işləyən qadınların sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovaməlumat verib.
O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır: "Bundan əlavə, 8 nazir müavini, 2 komitə sədri, 1 icra başçısı, 68 icra başçısının müavini qadındır. Son illər qadın hakimlərin sayı da artıb, 1/5-ni Qadınların təşkil edir. Bələdiyyələrdə çalışanların 38 faizini qadınlar təşkil edir".