Modern.az

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət etdi

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət etdi

Aktual

20 Noyabr 2023, 14:26

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirlikləri və yerli şirkətlər iştirak ediblər.

 

Səfirliyin stendində Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən Azərbaycan tarixini və mədəniyyətini təcəssüm etdirən suvenirlər nümayiş etdirilib.

 

Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, Azərbaycanın milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

 

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama