Modern.az

Ağcabədi, Kürdəmir və Zərdabdan olan abituriyentlər UNEC-də olublar - FOTOLAR

Ağcabədi, Kürdəmir və Zərdabdan olan abituriyentlər UNEC-də olublar - FOTOLAR

Aktual

20 Noyabr 2023, 15:08

Ağcabədi, Kürdəmir və Zərdab məktəblərindən olan 80 nəfərə yaxın abituriyent “UNEC-də 1 gün” layihəsində iştirak edib.

 

Modern.az xəbər verir ki, UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Zərdabi Yolu” tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və 3 saylı tədris binalarında olublar. Abturiyentlər universitetin auditoriyaları, kitabxanaları, imtahan zalı, müzakirə otaqları, Bloomberg laboratoriyası və s. ilə tanış olublar.

 

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq xarici proqramlar, UDİD, xüsusi təqaüd imkanları barədə ətraflı məlumat verilib.

 

Sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama