Modern.az

Qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

21 Noyabr 2023, 09:02

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.

 

Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama