Modern.az

Aqrar Sığorta Fondu beynəlxalq sığorta şirkətləri ilə görüşüb - FOTO

Aqrar Sığorta Fondu beynəlxalq sığorta şirkətləri ilə görüşüb - FOTO

Aktual

21 Noyabr 2023, 10:18

«Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Aqrar Sığorta Fondunun rəhbərliyi ilə beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə işgüzar görüşlər keçirilib. 

 

Fonddan verilən məlumata görə, ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. 

 

Modern.az xəbər verir ki, görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı planlar açıqlanıb. 

 

Eləcə də Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.  

 

Aqrar Sığorta Fondu ilə qardaş Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə mövzusu olub. 

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura üzrə riskləri sığortalayır. 

 

Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən hər il sığortalanır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama