Modern.az

Gəncə Dövlət Universitetinin tələbələri universiadada uğur qazandılar - FOTO

Gəncə Dövlət Universitetinin tələbələri universiadada uğur qazandılar - FOTO

Aktual

21 Noyabr 2023, 10:28

Gəncə Dövlət Universitetinin 2 tələbəsi Qazaxıstanda təşkil edilən II Türk Dövlətləri Universiadasında sərbəst güləş üzrə yüksək nəaliyyət əldə edib.

 

Belə ki, idman yarışında Pedaqoji fakültənin Məşqçilik ixtisasının tələbəsi Camal Abbasov I yeri, Fiziki Tərbiyə və Çağırışaqədərki Hazırlıq ixtisasının tələbəsi Vasif Bağırov III yeri qazanıb.

 

Ölkəmizi uğurla təmsil etmiş hər iki tələbəmizə medal, kubok və diplomlar təqdim olunub.

 

Qeyd edək ki, Camal Abbasov  və Vasif Bağırov bundan əvvəl də bir sıra beynəlxalq yarışlarda uğur qazanaraq Dünya və Avropa çempionu olublar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama