Modern.az

Gəncə Dövlət Universitetində beynəlxalq konfrans keçirilib - FOTO

Gəncə Dövlət Universitetində beynəlxalq konfrans keçirilib - FOTO

Aktual

21 Noyabr 2023, 10:59

Gəncə Dövlət Universiteti (GDU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “ 6-cı Piri rəis adına Beynəlxalq dil, Tarix, Coğrafiya” və “İSPEC 4-cü Beynəlxalq elmi araşdırmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransa 20 ölkənin ali təhsil müəssisəsiləri, həmçinin elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.

 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

 

GDU rektorunun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq konfransın əhəmiyyətindən və ali təhsil ocağının qardaş ölkənin universitetləri ilə sıx elmi əməkdaşlıq əlaqələridən danışıb.

 

Türkiyə Erciyes Universitetinin professoru Elvan Yalçınkaya, Gəncə Dövlət Universitetinin professoru Orucəli Rzayev və İKSAD-ın Azərbaycan təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

 

Konfrans  6 bölmə iclası ilə  başa çatıb.   

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama