Modern.az

Boşnak tarixçi Heydər Əliyev haqqında kitab yazdı

Boşnak tarixçi Heydər Əliyev haqqında kitab yazdı

Aktual

21 Noyabr 2023, 13:28

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə boşnak tarixçi Admir Lisitsa Ümummilli Lider haqqında kitab yazıb.

 

Modern.az-ın xəbərinə görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb.

 

Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub.

 

Səfirlik dekabrın 13-də Universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama