Modern.az

“İndiyə kimi mənə 6 dəfə sui-qəsd edilib” – Zelenski  

“İndiyə kimi mənə 6 dəfə sui-qəsd edilib” – Zelenski  

Dünya

21 Noyabr 2023, 17:16

Ukrayna prezidenti Vladimir Zelenski indiyə kimi ona qarşı 5-6 dəfə sui-qəsd edildiyini bildirib.


Modern.az-ın məlumatına görə, Zelenski bu barədə “The Sun” nəşrinə müsahibəsində danışıb.

“Birincisi ən maraqlısıdır. Və sonra bu, COVID kimi olur, asanlaşır”, - o, sui-qəsdlər haqqında deyib.

Zelenski vurğulayıb ki, Rusiya ilə tam danışıqlar yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında başlaya bilər.

Onun sözlərinə görə, İsrail müharibəsi dünyanın diqqətini Ukraynadan yayındırdığından, Kreml çox güman ki, indi də Balkanlarda münaqişə oyatmağa çalışır.

Örezidentin sözlərinə görə, Rusiya ABŞ və Çin onu qoşunlarını geri çəkməyə çağırana qədər mübarizə aparacaq.

“7-8 böyük şəhər hava hücumundan müdafiə sistemləri ilə qorunsa, əksər ukraynalılar xaricdən qayıdacaq. Vergi ödəyəcəklər, bu da büdcəmizdəki boşluğu bağlayacaq. Partnyorlarımızdan bu qədər maddi yardıma ehtiyacımız olmayacaq. Rusiya nəzarətdə saxlanılmasa, Ukraynadakı müharibə 3-cü Dünya Müharibəsinə çevrilə bilər. Ukrayna mübarizəni davam etdirəcək, lakin Böyük Britaniya, Avropa və Amerika kimi müttəfiqlər Ukrayna ilə birləşsələr, qələbə mümkün olacaq", - Zelenski deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi