Modern.az

20 xəstə uşaq Azərbaycandan yola salındı

20 xəstə uşaq Azərbaycandan yola salındı

10 Sentyabr 2013, 12:32


Sentyabrın 9-da uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən daha 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Əmək və Əhalinin Müdafiə Nazirliyi tərəfindən Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına 3 həftəlik bərpa müalicəsinə yola salınıb.
Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Həmin uşaqların Evpatoriyada bərpa müalicəsi Azərbaycan Respublikası Prezidentinin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı ilə ayrılmış vəsait hesabına təmin olunur. Uşaqların valideynlərindən biri ilə Hеydər Əliyеv аdınа Bеynəlхаlq Hаvа Limаnındаn yola salınması və qarşılanmaları, qeyd olunan sanatoriyada yerləşdirilmələri və bərpa-müalicə prosedirları ilə təmin edilmələrinə nəzarət olunması üçün nazirlikdən məsul şəxs təhkim olunub. Ukrаynаnın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyası səmərəli fizetеrаpеvtik müаlicə üsullаrı ilə məşhur оlаn sаnаtоr müəssisədir. Həmin müəssisədə аpаrılаn müаlicə kursu sağlamlıq imkanları məhdud uşaqların səhhətində ciddi yахşılаşmаya səbəb olur.          Qeyd edək ki, bundan öncə, sentyabrın 2-də uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq nazirlik tərəfindən həmin sanatoriyaya bərpa müalicəsinə göndərilmişdi. Bu ayın sonunadək daha 39 nəfər uşağın tibbi-sosial reablitasiya üçün xaricə müalicəyə göndərilməsi nəzərdə tutulub. Bununla yanaşı cari ilin ötən dövründə 95 nəfər digər əlilliyi olan şəxs xaricə reabilitasiya müalicəsinə göndərilib. Onlardan 65 nəfərinin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına müalicə mərkəzində, 30 nəfərinin isə Latviyanın Yurmala şəhərindəki «Vaivari» sanatoriyasında bərpa müalicəsi təşkil olunub. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular