“İctimai Palatanın əksər üzvləri Milli Şuranın tərkibindədir. Ona görə də İctimai Palatanın fəaliyyəti xeyli səngiyib”. Bunu Modern.az saytına açıqlamasında İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. O, İP-nin Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasında iştirakına münasibət bildirərkən qeyd edib ki, bu istiqamətdə işlər aparacaqlar.
“Koordinasiya Şurasının 17 üzvündən 14-ü Milli Şurada təmsil olunur. Bu baxımdan İctimai Palata ayrıca bir qurum kimi təbliğat-təşviqat kampaniyasında iştirak etməyəcək”-deyən təşkilat rəsmisi əlavə edib ki, İP Milli Şura tərkibində C. Həsənlinin seçki kompaniyasına qatılacaq.
Qeyd edək ki, Milli Şura yaranandan sonra müxalifətin digər aparıcı qurumlarından olan İP-nin taleyi haqqında bədbin proqnozlar verilir.
Aqşin Kərimov