Modern.az

Sabah sərin olacaq - HAVA

Sabah sərin olacaq - HAVA

10 Sentyabr 2013, 12:46


Sabah Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 11-də hava dəyişkən buludlu arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Hava gecə 16-19, gündüz 21-25 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 11-də bəzi yerlərdə yağış yağacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Sərin hava şəraiti sentyabrın 13-dək davam edəcək. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular