Modern.az

Klipmeykerlər namizədlərdən siyasi reklam sifarişi almayıb

Klipmeykerlər namizədlərdən siyasi reklam sifarişi almayıb

10 Sentyabr 2013, 12:58

Sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası dövrü başlayır. Maraqlıdır, azərbaycandakı aparıcı prodakşn şirkətləri, klipmeyker-pejissorlar siyasi reklam  çəkilişləri üçün təkliflər alıbmı?

Modern.az-a açıqlamasında “Soy production”nın rəhbəri Oqtay Əliyev siyasi reklam çəkməyin o qədər də asan olmadığını dilə gətirib. “Biz siyasi verilişlərlə, siyasi reklamlarla məşğul deyilik. Amma kreativ kimi nəsə etmək olar. Hər hansı ideya kiməsə lazım olsa, kömək edə bilərik. Ümumən isə “Soy” bu sayaq işlərlə məşğul olmur. Bu ona bənzəyir ki, daim Avropa mətbəxi ilə məşğul olan aşpaza kabab bişirməyi tapşırasan. Onu əlbəttə, bişirə bilər, amma lazımi keyfiyyət olmayacaq”. 

Rejissor Ülviyyə Könül siyasi reklamların çəkilişi üçün təklif almadığını deyir. “Tünzalə Ağayevanın ifasında “Mənim prezidentim” adlı klip çəkmişəm. Deməli, seçkiqabağı kampaniyaya mən də qoşuldum. Mənim zəhmət payım da bu oldu”. 

Rejissor Asif Abramov isə heç vaxt siyasi reklam çəkmədiyini deyir. “6 aydır serial çəkilişinə başım qarışıb. Siyasi reklam çəkilişi üçün isə heç bir təklif almamışam”.  

 

Namidə BİNGÖL  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular