Modern.az

Təmir sexində təkər partladı - Ölən var

Təmir sexində təkər partladı - Ölən var

Hadisə

22 Noyabr 2023, 09:58

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

 

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu