Modern.az

Təhsil Nazirliyi: “Ən çox vakant müəllim yeri üç rayonda qalır” - SİYAHI

Təhsil Nazirliyi: “Ən çox vakant müəllim yeri üç rayonda qalır” - SİYAHI

10 Sentyabr 2013, 14:08

Təhsil Nazirliyi bu il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinin sayını artırıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, son illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə müəllimlərin marağının artması müşahidə olunur. Cari ildə nəzərdə tutulan 2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilməklə müəllimlər göndərilib. Qalan vakant yerlərə növbəti müsabiqə və müsahibələr nəticəsində gənc mütəxəssislərin göndərilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyi daha çox hansı rayonlarda vakant müəllim yerlərinin qaldığına və bu yerlərin ixtisaslar üzrə olduğuna da aydınlıq gətirib. Bildirlib ki, daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerlər qalıb. Həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır. 

“Hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında), ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək”-deyə nazirlikdən bildirilib.
Nazirlik müəllimlərin iş yerinin dəyişməsi məsələsinə ayqdınlıq gətirərək bildirib ki, bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular