Modern.az

Azərbaycandakı prezident seçkilərində “exit-poll”u ABŞ şirkəti aparacaq

Azərbaycandakı prezident seçkilərində “exit-poll”u ABŞ şirkəti aparacaq

10 Sentyabr 2013, 14:47



Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti həyata keçirəcək.

APA-nın xəbərinə görə, şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala imzalayıblar.

Müqaviləyə əsasən, AJF seçki günü APA İnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirəcək, həmçinin seçki kampaniyası dövründə sorğular edəcək, zəruri məsləhətlər verəcək.  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu