Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsində dəyişiklik - müdir müavini niyə müdir əvəzi oldu?

Bakı Şəhəri üzrə Təhsil İdarəsində dəyişiklik - müdir müavini niyə müdir əvəzi oldu?

10 Sentyabr 2013, 15:21


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu gün keçirilən sentyabr konfransında müəssisənin müdiri Nailə Rzaquliyeva iştirak etməyib, toplantını isə onun müavini Məhəmməd Bayramov aparıb. İdarə rəsmiləri konfransı işıqlandıran jurnalistlərdən xahiş ediblər ki, M.Bayramovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi kimi təqdim etsinlər.
Elə idarənin jurnalistlərə paylanan press-relizində də M.Bayramov müdir əvəzi gözdərilib.

Medianın Məhəmməd Bayramovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi kimi təqdim etməsi isə sosial şəbəkələrdə əlavə söz-söhbətə səbəb olub və hətta bununla bağlı müzakirələrdə
N.Rzaquliyevanın işdən çıxdığı iddia edilib.

Modern.az saytı məsələni araşdırmağa çalışıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildiriblər ki, Nailə Rzaquliyeva məzuniyyətə çıxaraq Londona - orada yaşayan qızının yanına gedib. Bildirilib ki, N.Rzaquliyevanın Londonda yaşayan qızı bu günlərdə ana olmağa hazırlaşır. Nailə xanımın səfəri də bununla bağlıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 10 gündən sonra Bakıya qayıdacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məhəmməd Bayramovun müdir əvəzi kimi təqdim olunmasında qeyri-adi heç nə görmədiklərini bildiriblər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular