Modern.az

Yerevanla Gömrük ittifaqı haqda danışıqlar oktyabrda başlanacaq

Yerevanla Gömrük ittifaqı haqda danışıqlar oktyabrda başlanacaq

10 Sentyabr 2013, 15:42

“Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı danışıqlar bu ilin oktyabrından başalaya bilər”. Modern.az bildirir ki, bu barədə Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov Dmitriy Medvedevə hesabat verərkən bildirib. Şuvalov qeyd edib ki, Ermənistan Gömrük İttifaqına daxil olmaq istəyini hələ 2013-cü iiln 3 sentyabrında bildirib.

O, qeyd edib ki, bu məsələ ilə məşğul olan ekspert qrupu sentyabrın 25-də keçiriləcək Ali İqtisadi Şurada Ermənistanın Gömrük İttifaqına qoşulması barədə hesabatın hazırlanmasının mümkün ola biləcəyini qeyd ediblər.

“Bu barədə razılıq əldə olunsa artıq oktyabrda Ermənistanın Gömrük İttifaqına qoşulması barədə danışıqlara başlamaq olar”-deyə baş nazir müavini əlavə edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular