“Çox şadam ki, sözdə də olsa, 20 il davam edən ədalətsizliyi etiraf edən bir adamın söylədiyini eşitdik. Bizim də arzumuz odur ki, münaqişə tezliklə bitsin, münasibətlər düzəlsin, əhali öz doğma yurduna qayıdıb yaşaya bilsin. Minsk Qrupunu yeni həmsədri cənab Uorlikə təşəkkürümü bildirirəm”.
Bunu Modern.az Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib. İcma sədri amerikalı həmsədrin bəyanatını müsbət qiymətləndirərək qeyd edib ki, konfliktin bitməsini Azərbaycan tərəfi hamıdan çox istəyir. ATƏT-in Minsk Qrupu ilə təmaslarda da rəsmi Bakı həmişə konstruktiv mövqe tutub. Əsas məsələ Ermənistanı sülh təklifinə razı salmaqdır. Bundan ötrü isə ilk növbədə rəsmi İrəvan işğal etdiyi əraziləri boşaltmalıdır.
Xatırladaq ki, bu gün Minsk Qrupunun yeni amerikalı həmsədri mühüm bəyanatlar verib.
“20 ildən artıq vaxt keçdiyini nəzərə alaraq deyə bilərəm ki, əzab-əziyyətə və nifrətə son qoymağın vaxtı gəlib çatıb. Tərəflərinə və münaqişənin sülh yolu ilə həll edilməsində köməklik göstərməkdir. Münaqişənin Helsinki Yekun Aktına əsasən, birdəfəlik həll edilməsi üçün tərəflərin birgə işləməsi vaxtı gəlib çatıb. Minsk Qrupu həmsədrləri, həmçinin Azərbaycan və Ermənistan hökumətləri, eləcə də regiondakı digər ölkələrin birgə səylər və zəruri addımlar ataraq bölgənin gələcəkdə çiçəklənməsi, sülhə qovuşması və inkişaf etməsi vacibdir. Davamlı sülhə nail olmaq üçün hər iki tərəf rəhbərlərinin siyasi iradə göstərməsi, eləcə də hər iki tərəf xalqlarının güzəştlərə getməsi üçün cəsarətli addımlar atması tələb olunur. Münaqişənin davamlı sülhlə yekunlaşması üçün Minsk Qrupundan olan həmsədr həmkarlarımla birgə fəaliyyət göstərəcəyəm. Atəşkəs müqaviləsi imzalanmasının 20 illiyinin yaxınlaşdığı bir ərəfədə davamlı sülh yollarını birgə axtarıb tapmaq lazımdır”.
Vüqar İsmayılov