Modern.az

Müharibə iştirakçısı bədbəxt hadisə nəticəsində öldü 

Müharibə iştirakçısı bədbəxt hadisə nəticəsində öldü 

Aktual

22 Noyabr 2023, 19:36

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.

 

Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

 

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama