Modern.az

Baş katib İlham Əliyevi TƏBRİK ETDİ 

Baş katib İlham Əliyevi TƏBRİK ETDİ 

Aktual

22 Noyabr 2023, 19:42

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərimi çatdırıram.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha deyib.

 

Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirib, bunun təşkilat üçün vacib olduğunu qeyd edib. Hissein Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama