TQDK daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, imtahan nəticələri TQDK-nın saytında yerləşdirilib. //tqdk.gov.az/INET_DIN.HTM
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 90 bal olub.
Modern.az