Modern.az

Gəncədə ağır qəza: 1 ölü, 5 yaralı

Gəncədə ağır qəza: 1 ölü, 5 yaralı

Hadisə

23 Noyabr 2023, 00:34

Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 21015” ilə “VAZ 21014” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova xəstəxanada ölüb.

 

Aşağıda adları qeyd edilmiş beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar:

 

2004-cü il təvəllüdlü Əli Süleymanov,

 

2005-ci il təvəllüdlü Nərmin Qarayeva,

 

2004-cü il təvəllüdlü Nərgiz Qarayeva,

 

1958-ci il təvəllüdlü Fərqanə Məmmədova,

 

1999-cü il təvəllüdlü Taleh İsmayılov.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza