Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.