Modern.az

Şamaxı sakini traktorun altında qalaraq ÖLDÜ

Şamaxı sakini traktorun altında qalaraq ÖLDÜ

23 Noyabr 2023, 09:22

Şamaxıda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Şamaxı rayon sakini Babək Alcanov yolda hərəkətdə olan İslam Bələdovun idarə etdiyi "MTC-80" markalı 37-T-250 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna minmək istəyərkən qoşqunun sağ ön təkərinin altında qalaraq ölüb.

 

Faktla bağlı Qobustan RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?