Modern.az

Bəzi əcnəbilər Azərbaycanın “qara siyahı”sından çıxarılacaq

Bəzi əcnəbilər Azərbaycanın “qara siyahı”sından çıxarılacaq

10 Sentyabr 2013, 17:50

“Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı araşdırılma aparılır və həmin şəxslərin kimliyi bəlli olandan sonra Azərbaycan öz prinsipial mövqeyini bildirəcək”. Modern.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, bəzi şəxslər aldadılaraq İrəvan əvəzinə Qarabağa aparılır. “Danimarkalı jurnalistlərin separatçı rejimə səfəri ilə bağlı Azərbaycan Londondakı səfirliyinə müraciət edib”- deyən XİN rəsmisi “qara siyahı” ilə bağlı məsələyə də aydınlıq gətirib.

Nazirlik rəsmisi  bildirib ki, “qara siyahı” hazırlanandan o siyahıda olan bəzi arzuolunmaz şəxslər Azərbaycana müraciət edib.

“Onlar yanlış addım atdıqlarını etiraf ediblər. Ola bilər ki, arzuolunmaz şəxslər siyahısından onların adı çıxarılacaq”-deyə XİN rəsmisi qeyd edib.

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular