Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə Ermənistana səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Nazirlik sözcüsünun sözlərinə görə, “Şərq tərəfdaşlığı" proqramı çərçivəsində İrəvanda keçiriləcək xarici işlər nazirlərinin 3-cü iclasında ölkəmizi nazir müavini Mahmud Məmmədquliyev və Avropa İttifaqı yanında nümayəndəliyin başçısı, səfir Fuad İsgəndərov təmsil edəcək.
Modern.az