Prezident İlham Əliyev Gədəbəy rayonuna səfər edib. Dövlət başçısı mərhum prezident Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.
Prezident səfər çərçivəsində Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamlayıblar Sonra aşıq İsfəndiyar Rüstəmov çıxış etdi. Dövlət başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olunub.
Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib.
Professor Məhərrəm Qasımlı rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Daha sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinləyib.
Sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib.
Modern.az