Modern.az

Dəmir yollarına məxsus infrastruktura ziyan vuruldu - FOTO

Dəmir yollarına məxsus infrastruktura ziyan vuruldu - FOTO

Aktual

23 Noyabr 2023, 12:16

Noyabrın 22-də axşam saatlarında 10-XB-160 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edərək "Pirşağı" dəmir yolu stansiyasının 31-ci kilometrliyində uzunluğu təxminən 15 metr olan 4 ədəd çəpəri yerindən çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

 

Bildirilib ki, nəticədə hərəkətin təhlükəsizliyinə ciddi maneə yaranıb, ADY-yə məxsus infrastruktura ziyan dəyib.

 

"Abşeron dairəvi marşrutu üzrə hərəkətin intensiv olduğu ərazilərdə dəmir yollarının ətrafı mühafizə zolağı ilə qorunur. Bu çəpərlər insanların və avtomobillərin dəmir yolu xətlərinə daxil olmaması və qatarın hərəkətinə ciddi risk yaradılmaması üçün çəkilir. Lakin bəzən mühafizə zolağına ciddi şəkildə kənar müdaxilələr edilir. Eləcə də piyadalar bəzi hallarda yollarını qısaltmaq üçün mühafizə zolağının çəpərlərini yerindən çıxararaq və yaxud kəsərək relslərin üzərindən hərəkət edib həyatlarını təhlükəyə atırlar", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama