Modern.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 5 faiz qaldırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 5 faiz qaldırıb

23 Noyabr 2023, 15:56

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35%-dən 40%-ə qaldırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda ​​qeyd olunub.

 

Bildirilib ki, oktyabr ayında inflyasiya azalıb və proqnoz səviyyəsində qalıb.

 

“Digər tərəfdən, son göstəricilər onu göstərir ki, monetar sərtləşdirmə maliyyə vəziyyətinə təsir göstərdiyi üçün daxili tələb yavaşlamağa başlayıb”, - Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.

 

Hələ iyun ayında Mərkəzi Bank yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini sərtləşdirməyə davam edəcəyini açıqlamışdı. Həmin ay tənzimləyici uçot dərəcəsini 2 ildə ilk dəfə olaraq 8.5%-dən 15%-ə yüksəldib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi