TQDK 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün 9 və 10 sentyabr 2013-cü il tarixlərində keçirilən test imtahanının nəticələrini açıqlayın. Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. //tqdk.gov.az/netrez/
Plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq 060935 Sosial gigiyena və səhiyyənin təşkili, 060936 Gigiyena, 060937 Mikrobiologiya, 060938 Laboratoriya işi, 060939 Genetika və 060940 Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilmiş, digər ixtisaslar üçün isə müsabiqə şərtləri, yəni baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməmişdir.
İmtahanın hər iki mərhələsi üzrə imtahanın məzmunu ilə əlaqədar müraciətlərə 11-13 sentyabr 2013- cü il hər gün saat 10-00-dan 17-00 dək TQDK-nın əsas binasında ( Ak. H. Əliyev küç. 17 ünvanında) Apelyasiya Komissiyası tərəfindən baxılacaqdır.
Rezidenturaya ixtisas seçimi 2013- cü il sentyabrın 11-i saat 12:00-dan sentyabrın 16-ı saat 9:00-dək aparılacaq. Nəticəsi müsabiqə şərtlərini ödəyən namizədlər həmin müddətdə TQDK-nın internet saytının müvafiq səhifəsindəki ona aid ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisas seçimini yerinə yetirib təsdiqləməlidirlər. Müsabiqəyə yalnız ixtisas seçimini yerinə yetirib təsdiqləyən namizədlər buraxılacaqla
Modern.az