Modern.az

“Qırmızı Körpü” yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

“Qırmızı Körpü” yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

Aktual

23 Noyabr 2023, 16:22

"Qırmızı Körpü”, “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.


Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama