Modern.az

Hacıqabulun Qızılburun kəndində səyyar qəbul - FOTO

Hacıqabulun Qızılburun kəndində səyyar qəbul - FOTO

Aktual

23 Noyabr 2023, 16:06

Noyabrın 23-də təsdiq edilmiş qrafikə uyğun olaraq Hacıqabul rayon İcra Hakimiyyəti başçısının rayonunun Qızılburun kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama