Modern.az

Uzunömürlülüyə görə Azərbaycan axırıncı yerdədir

Uzunömürlülüyə görə Azərbaycan axırıncı yerdədir

Aktual

23 Noyabr 2023, 17:04

Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.

 

İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlük və s. göstəricilərinə əsasən onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama