Modern.az

Əcnəbi deputatların Qarabağa qanunsuz səfərlərini necə ertələmək olar- RƏSMİ RƏY

Əcnəbi deputatların Qarabağa qanunsuz səfərlərini necə ertələmək olar- RƏSMİ RƏY

Ölkə

11 Sentyabr 2013, 10:25


Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə, Qarabağ və ətraf rayonlara əcnəbi ölkələrin nümayəndələrinin, jurnalistlərinin, deputatlarının səfəri mütəmadi hal alıb. Ermənilər Qondarma “Dağlıq Qarabağ” respublikasını tanıtmaq üçün müxtəlif ölkələrin parlamentarilərini, dövlət nümayəndələrini bura gətirməyə çalışırlar. Belə səfərlər beynəlxalq hüquq normalarına ziddir və Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid kimi dəyərləndirilir. Azərbaycan müxtəlif səviyyələrdə belə məsələlərə kəskin etirazını bildirir.

Xarici İşlər Nazirliyi belə şəxslərin adlarını “qara siyahı”ya salır. Bəs, ayrı-ayrı ölkələrin parlamentarilərinin bu cür qanunsuz səfərlərinin qarşısnın alınması üçün Milli Məclis hansı işləri planlaşdırır? Düzdür, həm fərdi şəkildə deputatlar məsələ ilə bağlı ortaya kəskin mövqe qoyurlar. Ancaq öncədən dünyanın bütün ölkələrinin parlamentlərinə müraciət ünvanlamaqla məsələnin qarşısını qismən də olsa almaq mümkündürmü?

Qurumun mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, Azərbaycan parlamenti Dağlıq Qarabağın Azərbaycan ərazisi olması, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı və ümumiyyətlə, bu münaqişə ilə bağlı məsələləri dünyanın bütün ölkələrində və onların parlamentlərində keçirilən hər bir görüşdə, eyni zamanda ayrı-ayrı dostluq qruplarının səfərlərində parlament səviyyəsində qaldırır.

“Nəinki ayrı-ayrı deputatlar, ümumulikdə Azərbaycan parlamenti bu istiqamətdə ciddi çalışır. Ancaq Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən istər deputat, istər başqa şəxslərin hər birinin hansı əqidəyə sahib olduğunu, hansı yol tutduğunu əvvəlcədən bilmək olmur. Hər hansı əcnəbi deputatın Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfəri o ölkənin parlamentinin Azərbaycana olan münasibəti demək deyil”.

A.Təvəkküloğlu bildirib ki, Azərbaycan parlamenti bu məsələlərlə bağlı əvvəlcədən çox işlər görür. “Elə dünyanın, Avropanın bir çox ölkələrində, o cümlədən ABŞ-ın müxtəlif ştatlarının parlamentlərində Xocalı soyqırımın tanınması ilə bağlı qətnamələrin qəbul edilməsi bu istiqamətdə aparılan işlərin bəhrəsidir. Azərbaycanın icazəsi olamdan kimlərinsə Dağlıq Qarabağa səfəri qeyri-qanunu və beynəlxlaq hüquq normalarına ziddir. Belə olan halda Milli Məclis tərəfindən ayrı-ayrı ölkələrin parlamentlərinə, beynəlxlaq təşkilatlara etiraz məktubları göndərilir”. Bir müddət öncə bir sıra millət vəkilləri məsələnin qarşısının alınması üçün Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ayrıca qanunun qəbul edilmısini təklif etmişdilər. Ancaq bu günə qədər belə bir sənəd müzkirəyə çıxarılmadı. Qeyri-rəsmi şəkildə səbəb olaraq belə layihənin beynəlxalq normalara zidd olduğu göstərildi.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi