Modern.az

Gəncədə yanğın olub - FOTOLAR

Gəncədə yanğın olub - FOTOLAR

Hadisə

24 Noyabr 2023, 08:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU