Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, yol qəzası səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə 3 nəfər - 1994-cü il təvəllüdlü Nahid Abdullayev, 1992-ci il təvəllüdlü Məzahir İbayev və 1991-ci il təvəllüdlü Namid Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.