Modern.az

Qərb siyasətçiləri Azərbaycan Prezidenti ilə foto çəkdirmək üçün... - Macar nazirdən ŞOK AÇIQLAMA

Qərb siyasətçiləri Azərbaycan Prezidenti ilə foto çəkdirmək üçün... - Macar nazirdən ŞOK AÇIQLAMA

Aktual

24 Noyabr 2023, 14:20

Bu dostluq “təbii qaz dostluğu” deyil.

 

Modern.az xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto Cəbrayılın Soltanlı kəndinin təməlqoyma mərasimində çıxışında belə deyib.


O bildirib ki, 13 il əvvəl Macarıstan Baş nazirini Azərbaycana səfərinə görə qınayan Avropa ölkələrinin liderləri indi Azərbaycanın təbii qaz resurslarından faydalanmaq üçün Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək fürsət axtarırlar.

 

“13 il əvvəl biz ilk dəfə Baş nazirlə burada olduq və Avropa İttifaqından olan tərəfdaşlarımız tərəfindən Azərbaycana gəldiyimiz üçün tənqidlərə və hücumlara məruz qalırdıq. O zaman bizi tənqid edən və bizə hücumlar edən bu avropalı və digər Qərb siyasətçiləri indi təbii qaz əldə etmək üçün Azərbaycan Prezidenti ilə foto çəkdirmək üçün əllərindən gələni edirlər”, - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama