Modern.az

Mirziyoyev İlham Əliyevi ölkəsinə dəvət etdi

Mirziyoyev İlham Əliyevi ölkəsinə dəvət etdi

Aktual

24 Noyabr 2023, 14:24

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib.

 

Modern.az xəbər verir ki, bunu o, Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib.

 

Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib.

 

Ş.Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.

 

Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatı da müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama