Modern.az

SPECA ölkələrinin süni intellekt mərkəzinin yaradılması təklif edildi

SPECA ölkələrinin süni intellekt mərkəzinin yaradılması təklif edildi

Aktual

24 Noyabr 2023, 15:50

SPECA ölkələrinin süni intellekt mərkəzinin yaradılmasını təklif edirik.

 

Modern.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

 

O deyib ki, bu mərkəz Tacikistanda ola bilər.

 

Tacikistan Prezidenti çıxışında Azərbaycanın uğurlu sədrliyinə görə təşəkkür edib.

 

Prezident bildirib ki, növbəti il təşkilata sədrliyi Tacikistan edəcək.

 

Tacikistan Prezidenti çıxışında ölkəsində hidroenerji layihələrinin icrasının enerji bazarına töhfə verəcəyini qeyd edib.

 

O vurğulayıb ki, iqlim dəyişikliyi və onun nəticələri Mərkəzi Asiya ölkələrini də ciddi təhdid edir və bu, xüsusilə də su ehtiyatlarında özünü göstərir.

 

Emoməli Rəhmon çıxışında deyib ki, Azərbaycanın bu platformaya sədrliyi dövründə iki nailiyyət qeyd olunmalıdır: "Siz bu proqramın icrasını dövlət başçıları səviyyəsinə qaldırdınız və uzun zamandır ki, həll olunmayan etimad fondunun yaradılmasına nail oldunuz".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama