Modern.az

“Şamaxı”nın baş məşqçisi istefa verdi

“Şamaxı”nın baş məşqçisi istefa verdi

İdman

24 Noyabr 2023, 19:10

“Şamaxı” futbol komandasının baş məşqçisi Vüqar Əsgərli istefa verib.

 

Klubdan Modern.az-a verilən məlumata görə, mütəxəssis I Liqanın 9-cu turunda evdə “Karvan”a 2:4 hesablı məğlubiyyətdən bu addımı atıb.

 

Klub rəhbərliyi ilə görüşən çalışdırıcı ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra baş məşqçinin istefası qəbul edilib.

 

Qeyd edək ki, “Şamaxı” klubu 9 turdan sonra 15 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi