Modern.az

Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı

Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı

Aktual

25 Noyabr 2023, 10:36

Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

 

Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama