Modern.az

İcra başçısının Füzuli sakinləri ilə növbəti səyyar görüşü - FOTOLAR

İcra başçısının Füzuli sakinləri ilə növbəti səyyar görüşü - FOTOLAR

Aktual

25 Noyabr 2023, 11:45

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı keçirilib.

 

Modern.az xəbər verir ki, noyabr ayının 23-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində Füzuli sakinləri ilə növbəti səyyar görüş keçirib.

 

Görüşdə 60-a yaxın  sakin iştirak edib. Sakinlərin bir qismini fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, bəzi müraciətlər yerindəcə həll edilib. Müraciət edən bir qrup vətəndaşa rayon rəhbəri tərəfindən qanunamüvafiq izahatlar verilib.

 

Ümumilikdə füzulilərin əsas istəkləri, müraciətlərin əsas mövzusu işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı olub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama