Modern.az

“Bizim vaxtımızda belə deyildi": Orta yaşlı insanlarda adaptasiya problemi

“Bizim vaxtımızda belə deyildi

Aktual

25 Noyabr 2023, 12:14

İllər keçdikcə əldə edilən texnoloji yeniliklər, dəyişən dünyagörüşü inkişafa səbəb olsa da, orta yaşlı insanlar üçün yeni problemlərə yol açır. Çox zaman orta yaş nəslinin “bizim vaxtımızda belə deyildi" söylədiyini eşidirik. Əslində doğru deyirlər. Təkcə 15-20 il əvvələ baxmaq kifayətdir ki, cəmiyyətdə baş verən dəyişiklikləri , yenilikləri görək...

 

Bəzi ekspertlər deyir ki, orta yaşlı insanların müasir dünyaya uyğunlaşa bilməməsi texnoloji inkişafla ayaqlaşa bilməmək, rəqəmsal bacarıqların kifayət qədər olmaması kimi amillərdən qaynaqlanır. Bu yaş qrupundakı insanlar çox vaxt vərdişlərini ənənəvi üsullarla qoruyub saxlayırlar. 

 

Bundan əlavə, sürətlə dəyişən biznes dünyası orta yaşlı insanların müasir iş rejiminə uyğunlaşmasını çətinləşdirə bilər. Bu yaş qrupunda olanlar insanlara yeniliklərə müqavimət göstərməsi də çətinliklər yaradan amillərdən biridir.

 

Lakin çeviklik, öyrənmək istəyi və gənclərin dəstəyi orta yaşlı insanlara müasir dünyaya daha asan uyğunlaşmağa imkan verə bilər.

 

Psixoloq Səbinə BəşirzadəModern.az-a açıqlamasında orta yaş nəslinin cəmiyyətə adaptasiyasnın çətinliyinin ilk olaraq texnoloji yeniliklərdən qaynaqlandığını vurğulayıb. O, bu uyğunlaşmanın müəyyən qədər vaxt apardığını, sonradan tarazlığın yarandığını qeyd edib.

 

“Böyüdüyümüz ailə, mühit müəyyən normalar yaradır. Zaman keçdikcə baş verən proseslər bizə çətinlik yaradır, bu orta nəsil üçün qat-qat çətindir. Zaman-zaman orta nəslin həyatında sosial-psixoloji faktorların kəskinləşdiyini görürük. Yeni mühitdə adaptasiya məsələsi var, formalaşdıqları qəlibdə düşüncələri, əxlaq kodeksləri, mədəniyyət faktorları var. Həmçinin orta nəsil texnoloji yenilikləri, evdə olub başqa bir yerdə olan yaxını ilə əlaqə saxlamağın mümkünlüyünü və rahatlığını da qəbul etməkdə çətinlik çəkirlər, sonra rahatlaşırlar. Orta nəslin gənclik dövründə sosiallaşmada çətinliklər yaranırdı. Sosial adaptasiya cəmiyyətə bizim uyğunlaşmağımıza çox kömək etməlidir. Bizim sosial adaptasiyamız yerində olmalıdır ki, biz hansısa kollektivə daxil olanda orada hansısa bir fəaliyyəti icra edə bilək.”

 


İnsanların müasir cəmiyyətə daha tez adaptasiya olmasında şəxsin motivasiyasının da rolu böyükdür. Belə ki , orta yaş nəslinin hansısa bir nümayəndəsi yeniliklərə uyğunlaşması üçün ilk olaraq buna özünü inandırmalı və müsbət irəliləyişlər əldə edəcəyini düşünməlidir. Motivasiya və özünə inamın olmaması isə şəxsin sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir.

 

Psixoloq Aysu Əliyeva isə deyir ki, bu konsepsiya fərdlərin və ya qrupların yaşlarına görə ayrı-seçkilik yaradan münasibət və davranışlara məruz qaldıqları vəziyyəti təsvir edir.

 

"Yaş ayrı-seçkiliyi, adətən, şəxsin gənc və ya qoca olması səbəbindən qrupa qarşı mənfi ön mühakimələrini saxlaması və buna görə qeyri-bərabər imkanlar yaratması mənasını verir.  Araşdırmalara görə, yaşlı insanların ən çox məruz qaldığı bu ayrı-seçkiliklər iş həyatındakı limitlər, texnoloji mövzularda gec qazanılan alışqanlıqların müddəti və sair ilə bağlı olur. Bu da təbii ki, şəxslərin şəxsi inkişafındakı motivasiyasının itirilməsinə, mental olaraq sağlam hiss etməməsinə səbəb olacaq situasiyalar yaradır. Buna görə də ailə üzvlərində və ya məişət həyatında yaxın olduğu zaman insanlar arasında yaşlıların olduğu şəxslər, onlara qarşı daha tolerant, səbirli və anlayışlı davranmağa çalışmalıdır. Başlanğıc addım olaraq, bu mövzuda sosial psixologiyada aparılan araşdırmaları oxuyub fərqindəlik qazana bilərlər".

 

Aysel Məmmədli

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama